Martın 7-də axşam saatlarında Odessada partlayış səsləri eşidilib.
Publika.az Ukrayna saytlarına istinadən xəbər verir ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat vermişdi ki, düşmənin “Şahed” tipli bir neçə hücum pilotsuz təyyarəsi Qara dəniz və Nikolayev vilayətindən Odessa istiqamətində uçur. Pilotsuz təyyarələrdən bəzilərinin vurulduğu bildirilir. Amma bir neçə qrup dron müxtəlif istiqamətlərdən şəhərə doğru irəliləməyə davam edir.
Qeyd edək ki, bu gün Kupyansk da Rusiyanın atəşinə məruz qalıb, Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
“İşğalçılar yenidən Kupyanskı vurdular. İlkin məlumata görə, çoxlu raket sistemlərindən istifadə etməklə”, - Sinegubov teleqramında bildirib.
Onun sözlərinə görə, bir kişi və bir qadın həlak olub, hər iki qurban mülki şəxsdir. Şəhərin atəşə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib.