Müğənni Roza Zərgərli fərqli fotossesiyası ilə diqqət çəkib.
Qütb.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında yeni fotolarını paylaşıb.
Belə ki, gənc və yaraşıqlı kişi modellərlə şəkillər çəkdirən 45 yaşlı Zərgərlinin bunu yeni klipi ilə bağlı etdirdiyi iddia edilib.
Qeyd edək müğənni son aylarda 18 kiloqrama yaxın çəki itirib. O, verilişlərin birində arıqlamağının sirrinin mədəqatlatma əməliyyatı olduğunu bildirib:
"Çəkim icazə vermirdi ki, mədəmi kəsdirim. Həm də mədə kəsdirəndə saç tökülür, çoxlu vitamin içməlisən. Ayağımda da problem var, kökəlmək olmaz. Bir versiyam var idi, mədəqatlatma etdirmək. 13 kiloqram çəki atmışam. Qalıb 5 kiloqramım".