Türkiyə Ermənistana Ani körpüsünün bərpası ilə bağlı yanaşmalarını çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə tərəfi tarixi Ani körpüsünün bərpası ilə bağlı texniki prosesin təşkili ilə bağlı öz baxışını Ermənistana çatdırıb”, - məlumatda deyilir.
Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan “Sputnik Ermənistan”ın sualına cavab verərək, bu məsələdə müəyyən irəliləyiş olduğunu bildirib .