Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinə rusiyalıların 81,1%-i etibar edir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, respondentlərin 81,1%-i Putinə etimad sualına müsbət cavab verib.
Sorğu iştirakçıları arasında 58,8% Rusiya hökumətinin fəaliyyətini bəyənir, baş nazir Mixail Mişutinin işini isə respondentlərin 55,2%-i müsbət qiymətləndirir. Həmçinin rusların 64,6%-i Mişustinə inanır.
Qeyd olunur ki, sorğu mayın 20-dən mayın 26-dək ölkənin 1,6 min yetkin vətəndaşı arasında keçirilib.
Adəm Abbaslı