Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:
Qoç - istənilən danışıqlar və müzakirələr üçün əlverişli vaxtdır. Fikirlərinizi dəqiq izhar edin. Kimsənin mənafelərinə toxunmadan maraqlarınızı müdafiə edin.
İşdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Kadr dəyişiklikləri istisna deyil. Mövqeləriniz daha da möhkəmlənəcək. Yeni ideyalar peyda olacaq və onların bir qismini reallaşdıra biləcəksiniz. Həmin ideyalar yalnız sizin üçün sərfəli deyil.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirə biləcəksiniz.
Sənədlərin imzalanması, sövdələşmə və müzakirələrdə sayıq, ehtiyatlı olun.
Buğa - hadisələrin məcra etdiyi istiqamətdən asılı olmayaraq təmkininizi pozmayın, soyuqqanlı davranın. Emosiyaların köləsinə çevrilməsəniz olaylar sonucda siz istəyən istiqamətdə və yöndə olacaq.
Düşünülmüş addımlar iş yoldaşları və rəhbərliklə münaqişələrdən yayınmağa imkan verəcək. Yaxşı məsləhətlərə qulaq asın. Boş söhbətlərə, puç iddialara və absurd tələblərə qulaq asmayın.
Yaxşı tanımadığınız insanlar yaşamınıza müdaxilə etməyə cəhd göstərəcəklər. Köhnə dostlarla görüş istisna deyil. Ümumi biznes-layihənin müzakirəsi başlana bilər.
Axşam saatlarında romantik anlar yaşanacaq. Amma bu hisslər ciddi olmayacaq.
Əkizlər - yaradıcı fəaliyyət üçün əlverişli gündür. Sadə həllər və sınanmış metodlar sizi təmin etməyəcək.
Hətta ən rutin işləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək şəkildə görməyə çalışmayın. Fəaliyyət sahəsinin genişlənməsi istsina deyil. İşdə yeni tapşırıqlar peyda olacaq.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Ailə üzvləri və qohumlardan biri ilə münasibətlərdə gərginlik yarana bilər. Sülhün bərqərar olması üçün güzəştə gedin.
Xərçəng - aktiv və zəhmətkeş olun. İntensiv iş sizə məqsədə çatmağa imkan verəcək. Çətin problemlər, mühüm qərarları təkbaşına qəbul etmək perspektivi sizi çəkindirməsin.
Planlaşdırma, prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı müşküllər yarana bilər. Amma narahat olmayın, təmkinli davranın. Diqqətə layiq olmayan işlərə vaxt ayırmayın.
Yeni layihələrə başlamaqdan qorxmayın.
Yeni iş, sifariş və ya layihə potensialınızı tam nümayiş etdirməyə imkan verəcək.
Şəxsi münasibətlər müstəvisində yaranan problemi həll edəcək, sevimli insanla münasibətləri qaydaya salacaqsınız.
Axşam saatları aktiv istirahəti seçin. Evdə çalışın və ya gəzintiyə çıxın.
Şir - günün emosional fonu əlverişlidir. Axşam saatlarına qədər xoş əhvalınızı pozmayın. Nikbin olun, problemlərin əksəriyyətini həll edə biləcəyinizi düşünün.
Yaxın ətrafınızdakı insanlar sizə can atır. Yeni təmaslar, əlaqələr və tanışlıqlar istsina deyil. Bu gün çox işin öhdəsindən gələcəksiniz. Vaxtınızı hədər işlərə və puç xülyalara sərf etməyin.
Sifarişi və ya işi vaxtında yerinə yetirin. Pul əvəzinə boş vəd verilən işə baş qoşmayın.
Maliyyə fonu pis deyil. Alış-verişdə qənaətlə davranmaya bilərsiniz.
Dəvət aldığınız tədbirə qatılın. Həmkarlar və iş yoldaşları ilə axşam saatlarında qeyri-rəsmi təmaslar xeyirli ola bilər.
Qız - çox narahat, səksəkəli gündür. İşlə məşğul olmaq asan deyil. Fikriniz başqa yerdədir, diqqətiniz dağınıqdır.
Dərhal həll olunmasını tələb edən şəxsi problemlər var. İşdə münaqişə və ya mübahisə yaranarsa, aqressiv olmayın. Belə davransanız, bədxahların sayı daha da artacaq.
Mümkün qədər uzaq durmağa çalışdığınız insanlardan biri işlərinizə qarışmağa, sərt müdaxiləyə can atacaq.
Yaxınlarınızla çətin olsa da, mübahisələrdən yayının. Bu gün münaqişənin heç bir səbəb olmadan yarandığını düşünsəniz də, problemin dərin kökləri var.
Alış-verişdə bədxərclik etməyin.
Tərəzi - işlərinizdə, peşəkar müstəvidə uğura nail olacaqsınız. Bir sıra məsələlər düşündüyünüzdən də sadə və asandır.
İşdə irəliləmək imkanları var. Köhnə dostlar və sizin bacarıqlarınıza, habelə iş stilinizə rəğbət bəsləyən insanlardan dəstək alacaqsınız.
İctimai və ya siyasi aksiyaya qatılmaq fikriniz varsa, perspektivi düşünün. Hüquqşünasla ünsiyyət, məhkəməyə üz tutmaq kimi nüanslarla qarşılaşa bilərsiniz.
Səfər və ya işlə bağlı müəyyən məkana yollanmaq müsbət nəticə verəcək. Sizə əziz insanlarla ünsiyyət sizdə xoş əhvala səbəb olacaq.
Yeni tanışlıqlarla isə ehtiyatlı olun. Təmaslarda sayıqlıq gərəkdir. Bu gün yalnız yaxşı insanlarla qarşılaşmayacaqsınız.
Əqrəb - mürəkəb və bir qədər çətin gündür. Əzmkar və inadlı olsanız, bütün sədlərlə maneələri asanlıqla dəf edə bilərsiniz.
Fəqət, bunun üçün çox çalışmalı, qüvvə sərf eməli olacaqsınız. Şəxsi münsibətlərlə işgüzar maraqları qarışdımayın.
İş yoldaşı və ya tərəfdaşın, rəhbərliyin və ya sifarişçinin sizin yanlışlığınıza göz yumacağını ağlınıza belə, gətirməyin. Astagəl olsanız, maddi itkilər istisna deyil.
Ailə üzvləriniz və yaxınlarınız sizə dəstək olacaqlar. Neqativ emosiyalarınızın öhdəsindən yalnız özünüz gələ bilərsiniz. Pis əhvalınız səbəbindən kimsənin növrağının pozulmasına səbəb olmayın.
Oxatan - əzmkar şəkildə çalışsanız ciddi uğurlara nail ola bilərsiniz. Mühüm məsələlərin həllində qətiyyətli olun, geri çəkilməyin. Süst və ətalətli olmayın.
Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə məntiqli, səlis davranın. Fikrinizi aydın və səlis şəkildə izhar edin. Kimsənin xətrinə dəyməyin.
İşgüzar təşəbbüsün nümayiş etdirilməsi üçün yaxşı gündür. Birgə layihədə və ya şərikli işdən imtina etməyin. Belə işdə fayda var.
Təhsil, mühazirə, seminar, bilik və bacarıqların artırılması üçün düşərli vaxtdır. Dünyagörüşünüzü xeyli artıracaq insanlarla tanışlıq istisna deyil.
Axşam saatlarında bir qədər romantik olun, ailə üzvlərinizə sürprizlər bəxş edin.
Oğlaq - əlverişli və uğurlu gündür. İşdə sizi normal şərait gözləyir. Sifarişi və ya tapşırığı vaxtında yerinə yetirməyə çalışın.
Nə istədiyinizi dəqiqləşdirin. Yaranmış şərait və ya yaşanan situasiyadan asılı olmayaraq məqsədə can atın. İnadkar, qətiyyətli, əzmkar olun. Yeni tanışlarla danışıqlarda və ya söhbətdə məntiqli olun.
Günün ikinci yarısı aktiv fəaliyyət, müzakirlər üçün yararlıdır. Sərfəli təklif alacaqsınız. İntizam və dəqiqlik vaxtı boşuna itirməyə imkan verəcək.
Dolça - əfsuslar olsun ki, gün yetərincə uğurlu deyil.
Səbrli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq asan olmaycaq. Soyuqqanlı və səbrli davranın. İşdə problemlər yarana bilər. Bu vaxta qədər şəksiz və etibarlı müttəfiq saydığınız insanla fikir ayrılığı yaşanacaq.
Mühüm görüş və ya tədbirə qatılmağı planlaşdırırsınızsa, zahiri görünüşünüzə xüsusi fikir verin.
Ailədəki problemin həlli ilə bağlı ciddi məsrəf tələb oluna bilər.
Balıqlar - gün xoş sürprizlər vəd edir. Bir sıra işgüzar və maliyyə məsələlərini həll etmək lazım olacaq. Gəlirləri artıra bilərsiniz. Yeni tanışlıqlar istisna deyil. Karyera pilləkəni ilə qalxmanıza imkan verən insanla əlaqələr yaranacaq.
Şəxsi münasibətlər müstəvisində pozitiv yeniliklər var. Çoxdan bəri yaşanan və həllsiz qalan problem çözüləcək.
Qarşılıqlı anlaşma vasitəsilə bir sıra suallara cavab tapılacaq. Səfər pis alınmaya bilər. Lakin tapşırığın və ya sifarişin yerinə yetirilməsi planlaşdırılmış zamandan çox vaxt alacaq.