31.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

"Aygün incidi və Fəxri Xiyabanda dəfn olunmaq istəmədi" - Zümrüd Hümbətova

21 noy 2024 11:50
MAQAZİN
ads
Advertisement

"Aygün xalqın gözündə Xalq artisti idi, çünki ona olan sevgi o həyatda olmasa da bu gün belə azalmayıb".


QÜTB.AZ xəbər verir ki, bu sözləri AZXEBER.COM-a müsahibəsində Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Aygün (Hümbətova) deyib.


Zümrüd xanım ölümündən sonra Aygün Bəylərə Xalq artisti adı verilməsi təklifi ilə bağlı ilk dəfə açıqlama verib:


"Belə bir təklif rəsmi şəkildə olmadı. Heç biz gözləmirdik də. Aygün konsertdən öncə mənimlə bu haqda danışmışdı. O bu adı çox istəyirdi. Deyirdi ki, konserti gözləyirəm, bitsin, mənə Xalq artisti adı verəcəklər. Hər bayramda günləri sayırdı. Sonra ki, halı dəyişdi, vəziyyəti ağırlaşdı. Türkiyəyə gedənə yaxın dedi ki, "Birdən mənə bir şey olsa, ölümümdən sonra mənə ad versələr, götürməyin!". İncidi! Çünki Aygün illərlə o ada görə çalışdı, bacardığını elədi. Amma layiqincə istədiyini ala bilmədi".


Bacısı, Əməkdar artistin Suraxanı qəbristanlığında dəfn olunmaq vəsiyyətindən də danışıb:


"Aygün küsmüşdü. Ona görə də vəsiyyət elədi ki, məni Yeni Suraxanı qəbristanlığında dəfn edin, Fəxri Xiyabanı istəmirəm. Ona görə də, biz onun vəsiyyətini  böyühörmətlə yerinə yetirdik".





Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur