Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyində vəzifəyə təyinat və vəzifədən azad edilmələr olub.
Publika.az xəbər verir ki, qərarla Xəzinə və Maliyyə Nazirliyində vakant olan Xəzinədarlıq və Maliyyə Baş Müfəttişliklərinə Bayram Mavi, Hanifi Pekdemir, Oğuzhan Uzuner, Pınar Bilgen və Talha Koç təyin edilib. Nazirlikdə boş olan Xəzinədarlığın Baş Nəzarəti vəzifəsinə Meryem Koşar təyin edilib.
Mədəniyyət və Turizm Nazirliyində Bayburt İl Mədəniyyət və Turizm müdiri Bəkir Kurtoğlu və Gümüşhane İl Mədəniyyət və Turizm müdiri Hüseyn Ateş isə vəzifələrindən azad edilib.
Sənaye və Texnologiya Nazirliyində vakant müfəttişliyə Yunus Emre Asil, Emre Akgün, Mustafa Mermer, Safa Alagöz, Harun Ünal, Esra Dursun və Sefa Kaya təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək müfəttişləri Ali Akkurt və Embiya Yıldırım dərc olunan qərarla işdən çıxarılıb.
Qərar Rəsmi Qəzetdə dərc olunub.
Roza Şəfiyeva