Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri Sasun Badasyanı tutduğu vəzifədən azad edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.
Badasyanın işdən azad edilməsi təklifi Ermənistanın baş naziri Nikol Paşinyandan gəlib. Onun işdən çıxarılmasının səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, Badasyan 2023-cü il fevralın 17-də Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri təyin edilib. Ondan əvvəl bu vəzifəni ER Silahlı Qüvvələrinin Baş Qərargahının səfərbərlik və təşkilat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş Smbat Qriqoryan tutub.
Tural