ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat komandası ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə təmaslarının təfərrüatlarını açıqlamaqdan imtina edib.
QÜTB.AZ xəbər verir ki, Tramp bu məlumatları bölüşməkdən imtina etsə də, işlərin “çox yaxşı” getdiyini deyib.
Jurnalistlərin Putinlə sonuncu dəfə nə vaxt danışdığını və Ukraynadakı münaqişənin sona çatması ilə bağlı Si Cinpindən cavab alıb-almadığını soruşduqda, Tramp belə deyib: “Mən bu sualların heç birinə şərh vermək fikrində deyiləm, lakin biz çox şey edirik. Hər iki məsələdə anlaşırıq”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl qeyd edib ki, indiyə qədər Tramp və Putin arasında hər hansı təmas planı yoxdur.
Daha əvvəl Putin Trampla hər iki ölkəni narahat edən bütün məsələlərdə danışmağa hazır olduğunu bildirib. Tramp isə Putinlə “dərhal” görüşmək istədiyini deyib.
Aysel