Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Pişulin teleqramda bildirib.
“USQ-nin Donetskin Tekstilşik mikrorayonuna artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb”, – qondarma region başçısı qeyd edib.
Rusiya tərəfi Ukraynanı ittiham edir. Kiyev ittihamları hələlik şərh etməyib.
xxx
16:00
Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Donetsk şəhərindəki “Merkuri” qapalı bazarını atəşə tutması nəticəsində 25 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib.
Onun sözlərinə görə, ən azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır: “Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar da var, bir çoxunun həyati orqanları ciddi zədələnib”.