01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Xatun: “Bundan sonra 3 ay onlarla yaşamadım”

27 mar 2024 06:00
GÜNDƏM
ads
Advertisement

“Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə neynirlər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdən gəlirdim gəlinimgilə. Ona deyirdim ki, filan şeyi belə etmək lazımdır və sayra... Beləcə onu başa salırdım”.

Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Söhbət var” verilişində deyib.

Sənətçi gəlini Gülnar ilə münasibətlərindən söz açıb. Xatun bildirib ki, o gəlininə öz doğma qızı kimi yanaşır:

“Gəlinim məni çox gözəl anlayır. İnsanın içində bir ifritə, bir də ki mələk tərəfi olur. O mənim mələk tərəfimi tapıb, ora ilə “işləyir”. Hamı deyirdi ki, Xatun gəlinlə necə yola gedəcək? Bilmirdim niyə belə deyirdilər... Şər atırdılar mənə... Mən belə insanam? Gəlinim iki qardaşın bir bacısıdır. O oğlum Adillə Bakı Dövlət Universitetində bir oxuyublar. Yəni o qız valideyinlərinin “gül balası”dır. Bir anlıq fikirləşdim ki, gəlinim mənim “uşağımdır”. Yəni mənim qızımdır. Necə öz qızımla davranmalı idimsə onunla da belə davranmalıyam. O da öz yerini bilir. Arada elə şeylər olur ki, mən evdə səsimi də ucalda bilərəm. Amma bu normaldır. Bura da nə var ki?”

Qeyd edək ki, Xatunun oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur