"Türkiyədə aktyora, aktrisaya daha çox dəyər, qiymət verirlər".
Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva "Günə son" verilişində deyib.
Yerli film sektorundan şikayətlənən Abiyeva bundan sonra seriallarda rol almayacağını bildirib:
"Mən baş rol aktrisasıyam da, sən mənə necə gətirib dönər və yaxud kolbasa-çörək yedizdirə bilərsən? Sən bunun qarşılığında məndən nə gözləyirsən? Sən çəkiliş pavilyonunda hansısa texniki problemə görə aktrisanı 6 saat necə gözlədə bilərsən? Mən seriallarda oynamaqdan birdəfəlik imtina etmişəm. Artıq 7-8 ildir ki heç bir serialda rol almıram". ("Bakı Vaxtı")