Novoaltaysk sakini həyat yoldaşının borcuna görə Ukrayna müharibəsinə gedib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmə icraçıları həm onun, həm də həyat yoldaşının borclarını yığmağa başlayanda rus Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Kişi cəbhəyə getdiyi üçün ona və həyat yoldaşına qarşı icraat dayandırılıb.
“Onun barəsində qanunvericiliyə uyğun olaraq heç bir məcburi tədbir tətbiq edilməməsinə baxmayaraq, həmin şəxs borclarından tamamilə xilas olmaq arzusunda olduğunu bildirib”, - idarədən deyilib.
Cəbhədən məzuniyyətlə qayıdan hərbçi 600 min rubldan çox borcunu qaytarıb. FSSP-nin məlumatına görə, ailəyə qarşı bütün icra prosesləri dayandırılıb.
Daha əvvəl məlum olmuşdu ki, Voronej vilayətinin sakini cəbhədə olarkən arvadı onun qazandığı 8,5 milyon rublu xərcləyib, bundan başqa onun adına ümumi məbləği 3,7 milyon rubl olmaqla, 17 müxtəlif kredit götürüb.
Adəm