Viral.az-ın 1 yaşı TAMAM OLDU
Bu gün Viral.az xəbər portalının fəaliyyətə başlamasının 1 ili tamam olur.
Viral.az portalı 2023-ci il iyunun-də yaradılıb. Qısa müddətdə Azərbaycanda özünü ciddi xəbər saytı kimi tanıda bilib.
Jurnalistika peşəsinə məsuliyyət və sadiqliyi ilə Azərbaycan mediasında populyarlıq qazanan Viral.az saytı ölkəmizin ictimai, siyasi, sosial, mədəni həyatındakı yenilikləri, dünyada baş verən hadisələri, maraqlı məlumatları, açıqlamaları oxuculara çatdırır, araşdırma, təhlil, müsahibə, digər janrlarda materiallar təqdim edir, operativ xəbər istehsalı ilə məşğuldur.
Saytın ölkəmizdə və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv və bitərəf yanaşması oxucular tərəfindən rəğbətlə qarşılanır.
Viral.az portalının təsisçisi YUSİF EYVAZLI
Həmkarlarımızı kollektivimiz adından təbrik edirik.