"Barselona"nın və "Arsenal"ın sabiq müdafiəçisi, hazırda İspaniyanın "Betis" klubunda çıxış edən Hektor Bellerin maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, kişi və qadın futbolunda maaşların eyniləşdirilməsinə çağırış edib:
“Düşünürəm ki, bu çox zəruridir. Bildiyim, istədiyim və ədalətli olan odur ki, hamımız eyni qazanmalıyıq. Peşəkarlıqda bərabərik, bərabər hüquqlarımız var və ümumi olaraq qanunlarda bərabərlik var. Bunu necə edə bilərik? Mən hələ bunu bilmirəm”.
Heybət