Boliviya millisinin sabiq müdafiəçisi Serxio Xaureqi Meksikada həvəskar futbol matçı zamanı meydançada güllələnib.
Publika.az xəbər verir ki, bu barədə “Proceso” məlumat yayıb.
Mənbənin sözlərinə görə, oyun zamanı 38 yaşlı Xaureqi su içmək üçün yan xəttə yaxınlaşıb və bu zaman bir kişi onun yanına qaçaraq odlu silahdan 6 atəş açıb və naməlum istiqamətdə gözdən itib.
Heç kim hücumçunu dayandırmağa çalışmayıb. Serxio peşəkar karyerasını 2012-ci ildə başa vurub. O, Boliviya millisinin heyətində 13 oyun keçirib ki, onlardan doqquzu dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Serxio 2004-2005-ci illərdə milli komandada çıxış edib.
Klub səviyyəsində keçmiş müdafiəçi “Blooming” (Boliviya), “San Xose və “Yverdon-Sport” kimi komandalarda çıxış edib.