Suriyada bir çox kritik əhəmiyyətli şəhərləri ələ keçirən müxaliflər nəhayət Həma şəhər mərkəzinə daxil olublar.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, paytaxt Dəməşqin alınması üçün kritik əhəmiyyət kəsb edən Həmanı ələ keçirən müxaliflər radiostansiyalar vasitəsi ilə qalib gəldiklərini elan ediblər.
Silahlı müxalifətin istifadə etdiyi radionun markası xüsusilə diqqət çəkib. Belə ki, onların istehsal etdiyi radiostansiya Türkiyənin "Aselsan" şirkəti tərəfindən istehsal olunub.
Hüseyn İbadlı