UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunun “Monako” ilə oyununda azarkeşlər tərəfindən nasist pankartından istifadə etdiyinə görə “Barselona”nı cərimələyib.
QÜTB.AZ xəbər verir ki, "Barsa" 10 min avro cərimə ödəməli olacaq. Bundan başqa, Kataloniya klubuna Çempionlar Liqasında növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmaq qadağan edilib.
"Barselona"nın qərardan şikayət edib-etməyəcəyi bilinmir.
Qeyd edək ki, "Monako" - "Barselona" oyunu 2:1 hesabı ilə Fransa klubunun qələbəsi ilə yekunlaşıb. Oktyabrın 1-də "mavi qranatlar" doğma meydanda "Yanq Boyz"u qəbul edəcək. Noyabrın 6-da isə komanda "Srvena Zvezda"nın qonağı olacaq.
Qutb