İsrail Livanın cənub bölgəsini tamamilə ələ keçirməyə hazırlaşır.
QÜTB.AZ xəbər verir ki, İsrailin diaspor işləri üzrə naziri Amixay Çikli işğal planı ilə bağlı xəritə yayımlayıb.
İsrailli nazir bildirib ki, Livanın baş naziri Nəcib Mikati hakimiyyətinin legitimliyi yoxdur. Əlavə edib ki, İsrailin bölgədə yeni xəritə yaratmaq haqqı var.
Nazirin yayımladığı xəritədə Livandakı "Hizbullah" qruplaşmasının raket sistemlərinin yerləşdiyi ərazilər göstərilir. Amixay Çikli bildirib ki, İsrailə təhdid olan bu təhlükələr aradan qaldırılmalıdır. O, eyni təhlükənin Suriya və İraqda da olduğunu deyərək, bu ölkələrə mümkün hücumların da anonsunu verib.
Asif