"Fiorentina"nın hücumçusu Kristian Kouame xəstəxanaya yerləşdirilib.
Publika..az xəbər verir ki, tibbi müayinədən keçən futbolçuya malyariya diaqnozu qoyulub.
Ötən həftənin sonunda futbolçu Afrika Millətlər Kubokunun qalibi olduğu Fil Dişi Sahili millisinin düşərgəsindən qayıdıb və İtaliya təmsilçisinin məşqlərinə qoşulub. Kristianda ilk simptomlar - yüksək hərarət və şiddətli yorğunluq görünməyə başlayıb. O, mümkün malyariya üçün yoxlanılıb. Nəticə müsbət olub.
Nəticədə futbolçu xəstəxanaya yerləşdirilib. Hazırda onun durumunun heç də yaxşı olmadığı bildirilir.
Əlavə edək ki, Kouame 2020-ci ildən "Fiorentina"da çıxış edir. Bu mövsüm florensiyalıların heyətində 22 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Heybət