“Əl-İttihad”ın hücumçusu Kərim Benzema ilə komandanın baş məşqçisi Marselo Qalardo arasında münaqişə yaranıb
Publika.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu məşqin ilk hissəsində komanda ilə hazırlıq keçsə də, ikinci hissədə Qalyard Benzemanın fərdi proqram əsasında işləməli olduğunu bildirib. Futbolçu bu qərarı bəyənməyib. O, qəzəbini gizlətməyib və məşqi tərk edib.
Mənbənin sözlərinə görə, Qallardo, bir müddət əvvəl komandaya qayıtmaq istəməyən və başqa kluba buraxılmasını xahiş edən Benzemadan elə komanda yoldaşları qarşısında üzrxahlıq gözləyir.
Qeyd edək ki, Benzema 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir. Fransa millisinin üzvü Qallardodan əvvəl baş məşqçi postunda çalışan Nuno Espirito Santo ilə də münaqiə yaşamışdı. Həmin vaxt rəhbrlik futbolçunu dəstəkləyərək portuqaliyalı mütəxəssis ilə yolları ayırmışdı.