Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.
ATF-dən Publika.az-a bildirilib ki, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.