Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 15-də Minskə səfər edib.
Publika.az xəbər verir ki, səfər Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində MSN-in nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.