Kral III Çarlzın ölümü halında Böyük Britaniyada həyata keçiriləcək əməliyyatın kod adı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Tədbirin planı “Menay körpüsü” adlanır. “The Independent” iddia edir ki, ölkə hakimiyyəti onun həyata keçirilməsinə hələ 2022-ci ilin sentyabrında, Kraliça II Yelizavetanın ölümündən az sonra hazırlaşmağa başlayıb.
III Çarlzın ölümündən ilk olaraq Britaniyanın baş naziri və hökumətin bəzi üzvləri xəbər tutacaq. Daha sonra hadisə barədə BBC-də məlumat veriləcək. Bundan sonra başqa media xəbərləri yayacaq.
Taxt dərhal III Çarlzın böyük oğlu Şahzadə Uilyama keçəcək. Onun həyat yoldaşı Keyt Middltonun Kraliça Konsorti titulunu alacağı gözlənilir.
III Çarlzın ölümünün elanından sonra Şahzadə Uilyam yeni monarx kimi xalqa müraciət edəcək. Ölkədə matəm elan olunacaq.
Tural