Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann Almaniya hakimiyyətini Rusiyaya qarşı döyüşmək üçün 900-dən çox ehtiyatda olan əsgəri qeydiyyata almağa çağırıb. Bunlar bir vaxtlar alman ordusunda xidmət etmiş, sonra isə həqiqi xidməti tərk etmiş insanlardır.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
“Biz Almaniyada 900 minə yaxın ehtiyatda olan əsgəri hazır vəziyətə gətirməyi təklif edirik. Biz mümkün qədər tez müdafiə qabiliyyəti əldə etməliyik”, - deyə Mari-Agnes Strack-Zimmermann "Frankfurter Allgemeine" qəzetinə müsahibə verərkən deyib.
Sədr öz qərarını belə əsaslandırıb ki, guya bu yolla Almaniya özünü potensial “rus işğalından” qoruya biləcək. O, ölkədə on ildir ki, ehtiyatda olan hərbçilər haqqında məlumatların yenilənmədiyini vurğulayıb.
Qeyd edək ki, bəzi Qərb ölkələri açıq şəkildə Ukraynaya rus əsgərləri ilə döyüşmək üçün qoşun göndərilməsinin tərəfdarı olublar. Alman beynəlxalq təhlükəsizlik eksperti Yohannes Uorvik bəyan edib ki, NATO Ukraynadakı münaqişənin tamhüquqlu iştirakçısıdır.
Adəm