01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ-da DƏHŞƏT: həkim doğuş zamanı körpənin BAŞINI KƏSDİ

17 fev 2024 19:00
GÜNDƏM
ads

ABŞ-da ginekoloq doğuş zamanı körpənin başını kəsib. Valideynlərin dediyinə görə, ölümə səbəb bu olub.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, faciət ötən ilin 9 iyul tarixində baş verib. Belə ki, həmin gün ABŞ sakini Cesica Ros doğum sancısı keçirib. Doğuşun çətin olacağı ehtimalı ilə qadın qeysəriyyə əməliyyatı keçirib. Amma uşaq sağ qalmayıb və valideynlər onu görüb qucağına almaq istəyəndə xəstəxana işçiləri onların istəyini rədd ediblər. Lakin, şüşə pəncərədən baxmağa icazə veriblər.

"Uşaq yorğana möhkəm sarılıb və başı bədəninə sıxılıb. Uşaqla vidalaşmağa hazırlaşarkən onun başının kəsildiyi barədə valideynlərə məlumat verilib", - məumatda deyilir.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, ölümə səbəb boyun sınığı və başın bədəndən ayrılması olub. Valideynlərin dediyinə görə, doğuş zamanı həkim uşağın başını və boynunu güclü şəkildə dartıb. Körpənin çiyinlərinin doğum kanalına ilişməsi səbəbindən doğuşun dayandığı bildirilir.

Həkim bildirib ki, başın bədəndən ayrılması körpədə həyat əlamətinin olmadığını anladıqdan sonra baş verib. Onun sözlərinə görə, doğuş zamanı ananın sağ qalmasını ön planda tutub.

"Bu nadir nəticə faciəli olsa da, tibbi ədəbiyyatda təsvir edilmişdir və bu vəziyyətdə olduğu kimi, həkim tərəfindən hər hansı bir uğursuzluq olmadıqda da baş verə bilər", - xəstəxananın digər həkimləri deyiblər.

Valideynlər xəstəxananı məhkəməyə veriblər. Bu işin təqib edilib-edilməməsinə yerli hakimiyyət orqanları qərar verəcək.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur