02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Hərracda 52 dövlət əmlakı satıldı

06 iyn 2024 02:00
GÜNDƏM
ads
Advertisement

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən Publika.az-a bildirilib ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.

Gəncə şəhərində yerləşən, ilkin qiyməti 47 min 500 manat olan “Beton və məhlul istehsal edən sahə”yə təklif 3 dəfə artaraq 148 min manat olub. Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.

İlkin qiyməti 5000 manat olan 24,5 ton metal çiv isə keçirilən hərracda 13 min 600 manata satılıb.

Bundan başqa, hərracda satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya istehsalıdır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur