Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putin barəsində həbs qərarı çıxarmasına baxmayaraq, onun Hindistana səfəri gözlənilir. Bu isə öz növbəsində Rusiya prezidentini təcrid etməyin mümkün olmadığını təsdiqləyir.
QÜTB.AZ bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
"Baş nazir Modinin Rusiyaya iki səfərindən sonra indi prezident Putinin Hindistana səfəri gözlənilir. Biz bu təmaslara çox böyük əhəmiyyət veririk", - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Agentliyin məlumatına görə, ABŞ tərəfinin Rusiya liderini təcrid etmək cəhdləri uğursuzluğa düçar olub.
Kreml həmçinin daha əvvəl qeyd edib ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və qərarı hüquqi cəhətdən etibarsız hesab edir. Hindistan ICC-nin üzvü olmasa da, Putinin həbs qərarına əməl etməyə borclu deyil.
Hindistanın baş naziri Narendra Modi 2024-cü ildə iki dəfə Rusiyaya səfər edib və Putini 2025-ci ildə Hindistana səfərə dəvət edib. Putin Hindistana sonuncu dəfə 2021-ci ilin dekabrında səfər edib.
Adəm Abbaslı