"Barselona"nın baş məşqçisi Xavi komandasının İspaniya Superkubokunun final oyununda "Real"a (1:4) darmadağınını şərh edib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, məğlubiyyətə səbəb rəqibin əks-hücumlarının qarşısını ala bilməmələri olub:
“Çox böyük ümidimiz, həvəsimiz var idi. Ən pis matçımızı oynadıq. Çox zəif başladıq. Geri düşəndə fərqi aradan qaldıra bilərdik, amma 3:1 hesabı işimizi çətinləşdirdi. "Real" bizi daim əks-hücumlarda yaxaladı.
Bu keçidləri dayandıra bilmədik. Bu gün futbolun acı tərəfini yaşamağa məcburuq. Azarkeşlərdən üzr istəyirəm. Karyeramda çoxlu məğlubiyyətlər yaşamışam və biz həmişə sonda geri dönüş edirik".
Heybət