Avropa Komissiyası (AK) Azərbaycan və Ermənistan liderlərini sülh sazişi üzərində işin tamamlanması münasibətilə təbrik edir və bu sənədin tezliklə imzalanmasını gözləyir.
Qutb.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
"Biz Ermənistan və Azərbaycan liderlərini sülh sazişi üzərində işin tamamlanması münasibətilə təbrik etdik. Bu, irəliyə doğru mühüm addımdır və biz onun tezliklə imzalanmasını səbirsizliklə gözləyirik. Aİ bütün regionu yaxınlaşdırmaq və onu İttifaqımıza daha da yaxın etmək üçün regional əməkdaşlığa sərmayə yatırmağa hazırdır", - o qeyd edib.