Quba Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində 6kV-luq Quba Paylayıcı Qurğusunda (PQ) həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar dekabrın 4-də elektrik xətləri sifarişə əsasən açılacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək rayonun Dağlı kəndi, Qırmızı Qəsəbə qəsəbəsi, Quba şəhər meydanının yuxarı hissəsi, Heydər Əliyev prospekti, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Ərdəbil, Əliqulu Nərimanov, 20 yanvar, Memar Əcəmi, Səməd Vurğun, Tuti Bikə, Nəriman Nərimanov, Qasım İsmayılov, Sülh küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.