"Bu gün istəsəm naşükür olub hər şeyi dağıdıb gedə bilərdim, başqa-başqa yollarla istədiyim pillələrdə ola bilərdim. Amma mənə o həyat lazım deyil”.
Publika.az xəbər verir ki, bu sözləri azxeber.com-a müsahibəsində Qumral Musayeva deyib.
Müğənni, bəzi xanmların "sponsor” olaraq qələmə verdikləri şəxslərlə əslində sevgil olduğunu deyərək, diqqətləri üzərinə çəkib.
"Müğənniləri sadəcə ortaya atıblar. Bu gün adi, sıradan insanların həyatında elə şeylər baş verir ki, onlar heç istəmirlər ailələrinə görə zərrə qədər əziyyət çəksinlər. Adi şeydən boşanırlar. Rahata qaçırlar. Amma bilmirlər ki, o adını rahatlıq qoyduqları şey çox çətin həyatdır. Tək qadın olaraq bu dünyada yaşamaq çox çətindir. Mən heç sevmirəm "sponsor”un sevgiliyə çevrilməyini. "Sponsor” layihəyə pul xərcləyən insandır. Bu hamıda ola bilər. Çox heyif ki, bunu da biz özümüz etmişik. O xanımlar aləmi elə qarışdırıb ki, bilmirik "sponsor” kimdir, sevgili kim. 3 ay, 5 ay kimisə tapırlar, amma bilmirlər ki, sənə görə kimisə dəyişən bir gün səni də kiməsə dəyişəcək. Bunu da ağıllı qadınlar bilir. 3 manat puldan ötrü insanların bu addımı atmaqlarına gülünc baxıram. Bu gün istəsəm naşükür olub hər şeyi dağıdıb gedə bilərdim, başqa-başqa yollarla istədiyim pillələrdə ola bilərdim. Amma mənə o həyat lazım deyil”.