“Yuventus”un futbolçusu Duşan Vlahoviç azarkeşlərinə dünyaca məşhur brenddən olan bahalı saatını nümayiş etdirib.
Publika.az xəbər verir ki, serbiyalı forvard “Instagram”da geyindiyi yaşıl kostyumu və taxdığı bahalı “Patek Philippe” modelinin ” 5168G – Aquanaut Self-Winding” saatınıınn fotolarını yerləşdirib. Qeyd olunan aksesuarın qiyməti təxminən 50 min avrodur.
Yeri gəlmişkən, bu saatlar elit marka kimi tanınır. Onları əsasən cəmiyyətin zəngin təbəqələri taxır.
Qeyd edək ki, Vlahoviç bu mövsüm “Yuventus” forması ilə bütün turnirlərdə 26 oyun keçirib , 15 qol vurub və 3 asist edib.