Azərbaycanda 3 uşaq anası olan 33 yaşlı S.Məmmədova (şərti soyadlı) intihar edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonlardan birində baş verib.
Belə ki, intihar edən qadının bir müddət əvvəl 3 körpə övladını və ərini ataraq qayınatasının xalası nəvəsi ilə qaçması məlum olub. Bundan sonra ailəsi onu bağışlayaraq yaşadığı evə qaytarıb. Lakin buna baxmayaraq ailədaxili münasibətlər yaxşılaşmayıb və S.Məmmədova ötən gün intihar edib.
Faktla bağlı həmin rayonun prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Turqut Seyidov