05.04.25 | Bakı 11.03° C |
18:55:52
Lent :

Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi

30 noy 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.

QÜTB.AZ xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

"Suriyadakı vəziyyət və Astana prosesi müzakirə edilib", - mənbə bildirib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Hələb şəhərinin bir çox ərazisinə daxil olması barədə məlumat yayı. Rusiya aviasiyası isə yaraqlıların cəmləşdiyi ərazilərə zərbələr endirir.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur