Türkiyə Superliqasında legioner limiti dəyişdirilib.
Publika.az xəbər verir ki, qərar ötən gecə Türkiyə Futbol Federasiyasının yeni rəhbərliyinin toplantısında qəbul olunub. Bundan sonra klublar mövsüm üçün 26 yox, 28 oyunçu sifariş edə biləcəklər. Onlardan 14-ünün yerli oyunçu statusu daşıması vacibdir.
Əvvəl "23-lüy"ə 12 legionerin adının salınması və meydanda 3 yerlinin olması məcburi idisə, bundan sonra komandalar start "11-lik"də istədikləri sayda əcnəbi oynada biləcəklər. Matçların iştirak ərizəsindəki legioner sayı isə dəyişməz qalıb.
Heybət