ABŞ-ın keçmiş prezidenti Donald Tramp Parisdə keçirilən Olimpiadanın açılış mərasimindən danışıb.
Publika.az xəbər verir ki, nüfuzlu siyasətçi Parisdə keçirlən tədbirdə yaşananları biabırçılıq adlandırıb. “Mən çox geniş dünyagörüşlü insanam, lakin onların etdikləri biabırçılıq idi”, – deyə Tramp "Fox News"a bildirib.
Xatırladaq ki, 2024-cü il Oyunlarının açılışı bir sıra təxribat xarakterli səhnələrə görə ciddi tənqid edilib. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyasına görə dindarlara hörmətsizlikdə günahlandırılıblar.
Parisdəki Oyunların açılış mərasimi də təsadüfi situasiyalarla yadda qalıb. Olimpiya bayrağı tərs asılıb və stadionda diktorlar Cənubi Koreyadan olan idmançıları Koreya Xalq Demokratik Respublikasının nümayəndələri kimi elan ediblər.
Heybət