30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Şirin pambıq satışı qadağan edildi - Xərçəng yaradırmış

20 fev 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Hindistanın Tamil Nadu əyaləti və Puduçerini İttifaqı ərazisi şirin pambıq və bir sıra şirniyyatların tərkibində xərçəng əmələ gətirən kimyəvi maddələr aşkar edildiyi üçün satışını qadağan edib.

Publika.az xəbər verir ki, Livemint nəşri belə bir məlumat yayıb.

“Mövcud məlumatlara görə, qida analizi laboratoriyası müxtəlif qənnadı məmulatlarında, həmçinin pambıq konfetlərində rodamin-b kimyəvi birləşməsini aşkar edib”.

Rodamin-b boyası, xüsusən də tekstil sənayesində, tibbdə, mürəkkəb və kosmetika istehsalında istifadə olunur. Flüoresan xüsusiyyətlərini nümayiş etdirən bənövşəyi-qırmızı boyadır. ABŞ Milli Tibb Kitabxanasının qeyd etdiyi kimi, rodamin-b-nin uzun müddət ərzində qəbulu qaraciyər funksiyasının pozulmasına və ya xərçəngə, qısa müddət ərzində böyük miqdarda məruz qaldıqda isə kəskin zəhərlənməyə səbəb olur.

Satılan məhsulların araşdırılmasından sonra Tamil Nadu əyalətinin səhiyyə naziri Ma Subramanian qida təhlükəsizliyi rəsmilərinə lazımi və sərt tədbirlər görməyi tapşırıq verib.

Tamil Naduda pambıq konfet satışına qoyulan qadağa qonşu Puduçerri Birlik Ərazisində də həyata keçirilib.

Birlik ərazisinin leytenant qubernatoru Tamilisai Soundararajan məmurlara pambıq konfet satan dükanları yoxlamaq və məhsullarında rodamin-b aşkar edilərsə, məhv edilməsi göstəriş verib. O,uşaqlara “rəng qatqıları olan yeməklər” verməmək barədə də xəbərdarlıq edib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur