"İnter Mayami"nin hücumçusu Lionel Messi FİFA tərəfində ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatına layiq görülüb.
Publika.az xəbər verir ki, maraqlı fakt ondan ibarətdir ki, Lionel Messi Londonda baş tutan mərasimə gəlməyib. O, mükafatı qaza bilməyəcəyini düşünüb. Nəticədə, argentinalı zalda birbaşa iştirakı olmadan ötən ilin ən yaxşısı kimi tanınıb.
Mətbuatda da bu barədə məlumat yayılmışdı. Messinin “Mançester Siti”nin futbolçusu Erlinq Haalanda bu nominasiyada uduzduğu üçün mərasimə qatılmayacağı iddia edilmişdi.
Görünür ki, FİFA əvvəlki illərdən fərqli olaraq sorğu zamanı gizliliyi qoruya bilib.
Xatırladaq ki, Leo karyerasında 3-cü dəfə "The Best"in qalibi olub. O, ötən il 8-ci dəfə “Qızıl top” mükafatına da layiq görülüb.
Heybət