Almaniya polisi ötən gün Mixael Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən 2 nəfəri həbs edib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Alman nəşrinin yazdığına görə, iddia edilən şantajçılar keçmiş pilotun ailəsindən “milyonlarla avro” qoparmağa cəhd edib. Prokurorluq nümayəndəsinin sözlərinə görə, şantajla bağlı iş açılıb, həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanının əməkdaşları məsələ ilə bağlı əlavə məlumat verməkdən imtina etdiyinə görə hadisənin detalları məlum deyil.
Qeyd edək ki, Şumaxer 10 il əvvəl Alp dağlarında xizək kurortunda qəzaya düşərək sağlamlığını itirib. Mayklın həyat yoldaşı Korinna Şumaxer onun müalicə xərclərini ödəmək üçün əmlaklarını sürətlə satır.
Heybət