01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Hər döyüş onun üçün sonuncu ola bilər

03 mar 2024 02:00
İDMAN
ads

Yüngül çəkidə keçmiş UFC çempionu Dastin Puarye fransalı Benua Sen-Deni ilə qarşıdakı döyüşü şərh edib.

Publika.az xəbər verir ki, onların döyüşünün martın 10-da Mayamidə baş tutacaq UFC 299-un əsas tədbiri olması planlaşdırılır.

“Mən bu döyüşü həqiqətən özümü sınamaq üçün götürdüm. Hələ yüksək səviyyədə çıxış etmək imkanım olub-olmadığını anlamaq üçün. Benua gəncdir, acdır, qalibiyyət seriyasındadır və son beş rəqibini bitirib. Bu məni əsəbiləşdirir. Buna görə də mən onunla döyüşmək istəyirəm. Və belə döyüşlərdə özümü ən yaxşı şəkildə göstərirəm və onlar mənim döyüşmək istədiyim döyüşçülərdir. Hər şeyi verən, təmkin nümayiş etdirən və rəqibini bitirmək istəyən uşaqlarla.

Bu mənim xoşuma gələn döyüşdür. Hər döyüş mənim üçün sonuncu ola bilər. Hər döyüş. Artıq 35 yaşım var və bu mənim UFC-də 30-cu döyüşüm olacaq”, – BJ Penn portalı Puaredən sitat gətirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur