Argentinalı futbolçuların Fransa millisi haqda irqçi mahnı oxumaları ilə bağlı qalmaqal səngimir.
Publika.az xəbər verir ki, “Çelsi”nin və Seneqal millisinin sabiq hücumçusu Demba Ba da onların davranışlarına münasibət bildirib.
“Argentina qaçmış nasistlər üçün sığınacaq yeridir. 1945-ci ildən Peron (Argentinanın keçmiş prezidenti) ölkədə hərbi cinayətkarları qəbul edib. İndi belə davranış sizi təəccübləndirir”, – Demba Ba “Twitter”də yazıb.
Qeyd edək ki, argentinalı futbolçular Fransa milli komandasının oyunçularının Afrika mənşəli olması haqqında mahnı oxumuşdular: “Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandır. Onların anası Nigeriyadan, atası isə Kamerundandır, lakin pasportlarına görə onlar fransızdırlar”.