23.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Ramiz Mehdiyevin dövründə bu mümkün deyildi - İsa Həbibbəyli

23 okt 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvləri vəzifələrinə seçkilər keçiriləcək.

Qutb.az xəbər verir ki, bu barədə Manset.az-a müsahibəsində AMEA-nın prezidenti İsa Həbibbəyli məlumat verib.

“Bilirəm, AMEA-nın həqiqi və müxbir üzvləri vəzifələrinə seçkilərin keçirilməsini bir çox professorlar, elm adamları və rektorlar səbirsizliklə gözləyirlər. Mənə də bu barədə tez-tez suallar ünvanlanırdı. Ramiz Mehdiyevin dövründə bu mümkün deyildi. O, seçkilərdə öz iradəsini həyata keçirmək istəyirdi. Sonrakı mərhələdə isə COP29 tədbirinə hazırlıq səbəbindən bunu keçirmək mümkün olmadı.

Bundan başqa, bu seçkilərin təşkili kifayət qədər zaman tələb edən bir prosesdir. 2025-ci ildə Akademiyanın 80 illik yubileyi qeyd olundu, Prezidentin bununla bağlı Sərəncamı vardı və silsilə tədbirlər keçirildi. Buna görə də seçkilərin təşkili mümkün olmadı.

Düşünürəm ki, gələn il bu şərəfli və məsuliyyətli işi həyata keçirə biləcəyik”, – deyə İsa Həbibbəyli bildirib.

Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant vəzifələrinə seçkilər sonuncu dəfə 2014-cü ildə keçirilib. Akademiyanın müxbir üzvləri aylıq 1300 manat, həqiqi üzvləri isə 2000 manat əməkhaqqı alırlar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur