05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Terrorçu ölkə Fransa sakit dayanmır: Türkiyəyə qarşı plan hazırlanır

05 fev 2025 11:00
DÜNYA
ads
Advertisement

Fransanın xarici işlər naziri Jan Noel Barrot Milli Məclisdəki çıxışında Suriya və İraqda terror təşkilatı PKK/YPG-yə dəstək verib.

QÜTB.AZ xəbər verir ki, nazir bölgədəki terror qruplaşmalarını dəstəklədiklərini və onların Fransanın sadiq müttəfiqləri olduqlarını vurğulayıb.

Dekabrın 8-dən sonra qurulan yeni Suriya administrasiyasında bu qrupların da yerinin olması lazım olduğunu bildirən Barrot, Türkiyənin terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlardan narahatlığını dilə gətirib.

Digər tərəfdən Barrot terror təşkilatı PKK/YPG üzvlərini fevralın 13-də paytaxt Parisdə keçiriləcək Yaxın Şərq Konfransına dəvət edib.

Suriya və İraqdakı qrupların əməkdaşlıq edib ittifaq qurmasını istədiklərini ifadə edən Barrot, PKK/YPG ilə Dəməşq rəhbərliyi arasında vasitəçilik etmək istədiklərini bildirib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur