Futbol üzrə qadınlardan ibarət U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Ermənistan oyununda qalmaqal yaşanıb.
QÜTB.AZ xəbər verir ki, matçın əsas vaxtına 3 dəqiqə əlavə edən tabloda vaxt 92:10-u göstərəndə final fitini çalıb. Bundan sonra ukraynalılar qələbəni qeyd edərək bir-birini qucaqlamağa başlayıblar. Lakin tezliklə öz səhvini anlayan hakim final fitini ləğv edib. Nəticədə oyun daha bir neçə dəqiqə uzanıb.
Qeyd edək ki, görüş Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.