“Brügge”nin vingeri Tacon Byukenen karyerasını “İnter”də davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
“İnter” Kanada millisinin 24 yaşlı futbolçusunun transferi üçün 7 milyon avro və əlavə bonuslar ödəyəcək. Byukenenin özü ilə şəxsi müqavilənin şərtləri daha əvvəl razılaşdırılmışdı.
Futbolçu çərşənbə günü Milana uçacaq və cümə axşamı tibbi müayinədən keçəcək.
2023/24 mövsümündə futbolçu “Brügge”də 20 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.