Avstriyalı futbolçu və məşqçi Ditmar Konstantini 70 yaşında vəfat edib.
QÜTB.AZ xəbər verir ki, Ditmar futbolçu karyerasına 1975-ci ildə Avstriyanın “Vakker İnsbruk” klubunda mərkəz müdafiəçisi kimi başlayıb.
Daha sonra LASK-a, oradan isə Yunanıstana köçüb və burada “Kavala” komandasında çıxış edib. O, həmçinin “Union Wales”, “Favoritner” və “Wiener Sport Club” klublarının rənglərini qoruyub.
1987-ci ildə futboldan ayrılaraq “Əl-İttihad”ın məşqçilər heyətinə qoşulub. Sonradan o, Avstriya gənclər komandasına rəhbərlik edib və 1991-ci ildə ilk dəfə Avstriya millisinin baş məşqçisi olub. Lakin o, bu vəzifədə çox qalmadı və sonradan köməkçi məşqçi oldu. 1993-cü ildə klub futboluna qayıtdı və “Admira Vakker”ə rəhbərlik etdi.
O, iki il “Vakker”də işləyib, sonra “Tirol”a keçib. 1997-ci ildə Almaniyada “Maynts”ın baş məşqçisi oldu, lakin mövsümün sonunda klubla əməkdaşlığa son qoydu.
2008-ci ildə o, ikinci dəfə Avstriya yığmasına başçılıq etdi. O, iki il milli komandaya rəhbərlik edib, bundan sonra səhhətində yaranan problemlə əlaqədar postunu tərk edib.