"Atletiko"(Madrid) PSJ-nin forvardı Qonçalo Ramoşu heyətinə qatmağı planlaşdırır.
Publika.az "Footmercato"ya istinadən xəbər verir ki, Portuqaliya millisinin üzvü üçün Madrid klubu PSJ-yə rəsmi təklif göndərib. "Atletiko" böyük ehtimalla yayda 22 yaşlı futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 2023-cü ilin yayında "Benfika"dan PSJ-yə keçən Ramoş cari mövsümdə 30 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqavilə müddəti mövsümün sonuna qədərdir.
Heybət