Lvov Futbol Assosiasiyasının rəhbəri Aleksandr Şevçenko UAF-ın birinci vitse-prezidentlərindən biri vəzifəsinə təyinat alacaq.
Publika.az xəbər verir ki, bubarədə “Sport.ua” mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirir ki, digər iddiaçı məşhur iş adamıdır.
Xatırladaq ki, UAF prezidenti postuna yeganə namizəd Andrey Şevçenko Kiyevə gəlməlidir. O, yanvarın 10-da köməkçiləri ilə bağlı qərar verəcək.
Andrey Şevçenkonun Ukrayna futbolunun rəhbəri seçiləcəyi UAF-ın növbədənkənar qurultayı yanvarın 25-də keçiriləcək.