La Liqa “Sevilya” – “Kadis” matçının danışılmış olub-olmadığını araşdırır.
Publika.az xəbər verir ki, “Marca”nın məlumatına görə, iki həftə əvvəl “Rayo Valyekano” La Liqanın 36-cı turunda “Kadis”in “Sevilya”nı səfərdə məğlub etdiyi (1:0) oyunla bağlı La Liqaya şikayət edib.
“Kadis”in qələbəsi, oyunda kifayət qədər səy göstərmədiyi iddia edilən “Sevilya”nın oyunçuları üzərində cərəyan edən fərziyyə dalğasına səbəb olub.
Serxio Ramosun oyundan sonrakı açıqlaması da bu nəzəriyyəni dəstəkləyir. Ramos bildirib ki, “Kadis”in futbolçuları son dəqiqələrdə onlardan irəli getməməyi xahiş ediblər:
“Axı biz qonşuyuq (Kadis də Sevilya kimi Əndəlüs əyalətindədir – red.). İstəsəm də, istəməsəm də, mənim cənuba, Əndəlüsa xüsusi yaxınlığım var və onlar üçün çox şey risk altında idi.
Son dəqiqələrdəki bu üç xaldan sonra oyunçuların bəzi şərhlər verməsi normaldır”, – Ramos deyib.
36-cı turdan əvvəl “Kadis” 29 xalla 18-ci, “Rayo” 35 xalla 16-cı yerdə idi.
Sonda “Kadis” 18-ci yeri tutaraq elitanı tərk edib. “Rayo Valyekano” rəqibindən 5 xal artıq toplayaraq La Liqadakı yerini qoruyub.